Yayınlar

Kasım 15, 2019 tarihine ait yayınlar gösteriliyor
Resim
Bakıdan dünyaya səslənən mesajlar
Bakı növbəti dəfə mühüm bir tədbirə - Dünya dini liderlərinin II Sammitinə ev sahibliyi etdi. Dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərlərinin bu tədbirə qatılması heç də sadə məsələ deyil.


O baxımdan ki, hazırda dünyada vəhabilik, sələfilik, cəfərilik, nurçuluq daha hansı məzhəbçilik adı altında tüğyan edən təhlükəli “epidemiya”ların hökm sürdüyü bir vaxtda dini təbliğatın doğru istiqamətdə aparılması, dünyanın fərqli din daşıyıcıları olan liderlərini bir araya gətirmək hər ölkəyə nəsib olmur.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda 70 il sərt sovet quruluşu mövcud olub. Bu sistemin cəmiyyətə sırıdığı elmi ateizm təliminin özü də imperiyanın divarları çat aldığı gündən ciddi fiaskoya uğradı. Bunun yerinə panteist fikirlərin təbliğı, eyni zam…