Yayınlar

Eylül 17, 2019 tarihine ait yayınlar gösteriliyor
Oyuncağa dönən mitinq məsələsi...
28 sentyabr mitinqi, əslində Milli Şuranın hazırlaşmadığı, sadəcə ictimai rəyi aldadan siyasi mübarizə görüntülü taktikasıdır

Milli Şuranın sentyabrın 28-nə təyin olunan aksiyasına hakimiyyətin icazə verəcəyi inanandırıcı görünmür. Görünən odur ki, elə Milli Şuraya da məhz bu lazımdır: hakimiyyət mitinqə icazə verməsin! Bilərəkdən mitinqin keçirilməsi üçün elə yerlər (28 May metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan) təklif olunub ki, həmin məkanlarda mitinqlərə razılıq verilməsi sadəcə mümkünsüzdür.
Yəni meydan kimi arzulanan ərazilər çoxdan meydan statusunu itirib. Bu ərazilərdə yeni infrastruktur, müxtəlif ticarət və iaşə obyektləri inşa olunub, beləliklə, əhalinin ən gur olduğu ərazilərə çevrilib. Bu cür ərazilərdə əhalinin gediş-gəlişinə, istirahətinə əngəl törədilməsi baxımından mitinqin keçirilməsi mümkünsüzləşib.
Son illər müxalifətin hakimiyyətin təklif…