Yayınlar

Ağustos 20, 2019 tarihine ait yayınlar gösteriliyor
“Relaks” hadisəsinə görə hakimiyyəti ittiham etmək nə dərəcədə doğrudur?
Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzi ətrafında baş verənlərə operativ reaksiya əslində əlavə şərhə yer qoymurdu. Yəni, bu məsələyə hansısa formada siyasi yön vermək, onu hakimiyyətə qarşı çevirmək üçün əl yeri qalmırdı. Bunu o vaxt etmək olardı ki, müvafiq qurumlar məsələyə loyal münasibət bəsləyərdi. Ortada isə tam fərqli mənzərə var: hadisəni tərədənlər barədə dərhal tədbir görülüb, istirahət və turizm mərkəzinin kimə məxsusluğu işin obyektiv araşdırılmasına təsir göstərməyib.
Fəqət AXCP sədri Əli Kərimli bu məsələni də siyasiləşdirib hakimiyyətə qarşı çevirməyə cəhdlər göstərir. Bu cəhdlərin arxasında başqa niyyətin durduğu gün kimi aydındır. O baxımdan ki, hadisə ilə bağlı hər hansı qaranlıq məqam yoxdur, müvafiq qurumlar lazımi addımlar atıb, ictimaiyyət məlumatlandırılıb.
Hadisənin və ondan sonrakı proseslərin xronikasına baxmaq yetər ki, Kərimlinin bu prosesi məqsədli şəkil…