Yayınlar

Haziran 26, 2019 tarihine ait yayınlar gösteriliyor
Resim
BÖYÜK ZƏFƏRƏ hazır Azərbaycan Ordusu...

Azərbaycan Ordusu bu gün elə bir səviyyəyə gəlib çatıb ki, onun gücünə, istənilən an işğal altındakı torpaqları qısa müddətdə azad etmək imkanlarına malik olmasına heç kim şübhə etmir. 


90-cı illərin əvvəllərində hələ tam formalaşmayan, dağınıq vəziyyətdə, ayrı-ayrı silahlı dəstələrdən ibarət olan silahlı qüvvələrin yerində, hazırda regionda ən güclü, bütün dünyada isə öz imkanlarına görə 50-ci yerdə qərarlaşan Azərbaycan Ordusu var. Və ordumuz sözün həqiqi mənasında hamının fəxr, güvən yerinə çevrilib!


Qısa müddətdə Azərbaycan Ordusunun ən güclülər sırasında yer almağa başlamasında o vaxtkı Ali Baş Komandan Heydər Əliyevin dəmir iradəsi, seçdiyi düzgün taktika əsas rol oynayıb.  Ölkədə müstəqilliyi yenidən qazandıqdan sonrakı vəziyyət hamıya məlumdur. 1993-cü ildə Heydər Əliyev təkcə ölkəni dağılmış vəziyyətdə təhvil almamışdı, eyni acınacaqlı durum ölkənin bel sütunu olan silahlı qüvvələrdə də hökm sürürdü. Məhz Heydər Əliyev şəxsiyyəti, niza…