Yayınlar

Haziran 19, 2019 tarihine ait yayınlar gösteriliyor
Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər...
Cari ildə imzalanan müxtəlif sənədlər ümumilikdə bütün əhali kontingentini əhatə edəcək
Azərbaycan prezidenti İlham Əliyev ötən gün əhalinin sosial rifahının gücləndirilməsinə yönələn növbəti sənədlərə imza atıb. Bununla da İlham Əliyev son dövrlər iqtisadi sahədə aparılan islahatlar nəticəsində əldə olunan gəlirlərin əhalinin sosial rifahına yönəldiləcəyi vədinə sadiqliyini yenidən nümayiş etdirib.
Söhbət ondan gedir ki, İlham Əliyevin 2018-ci il seçkilərindən sonra başlatdığı yeni islahatlar, xüsusilə vergi və gömrük sahələrində şəffaflığın təmin olunması ilə bağlı tədbirlər sosial rifahla bağlı yeni qərarlar üçün əlverişli zəmin yaratdı. Yaradılan  şəffaflıq büdcəyə daxilolmaların davamlı olaraq əhəmiyyətli dərəcədə artımları ilə müşahidə olundu.Formalaşan yeni və əlavə maliyyə resursları İlham Əliyevin siyasi iradəsi ilə bilavasitə vətəndaşların sosial müdafiəsinə yönəldilməyə başlandı.
Xüsusi vurğulamaq yerinə düşər ki, ən yüksək inkişaf…