Yayınlar

Haziran 2, 2019 tarihine ait yayınlar gösteriliyor
Resim
Yarıçılpaq azarkeş və iki final oyununun çılpaqlıqları
Son bir həftədə dünya iki möhtəşəm futbol yarışının şahidi oldu; mayın 29-da Bakıda baş tutan Avropa Liqasının finalı ("Çelsi" və "Arsenal") və 3 gün sonra iyunun 1-də Madriddə keçirilən UEFA Çempionlar Liqasının final oyunu ("Tottenhem" və "Liverpul").
Hamı onun da şahidi oldu ki, Bakıda ən yüksək təşkilatçılıq nümunəsi sərgilənməsinə rəğmən, Madriddə bu baxımdan ciddi çatışmazlıqlar üzə çıxdı. Amma nə baş verdi? İngilis və digər Qərb KİV-ləri ölkəmizdə baş tutan final oyunu öncəsi tamamilə yalana söykənən anti-Azərbaycan kampaniyasına start verdi. Heç bir fakta istinad olunmadan müxtəlif yalanlar uyduruldu və idman yarışı çirkin şəkildə siyasiləşdirildi.
Madriddə isə anoloji yanaşma olmadı. İdmana siyasi çalarlar vurmaq ölkəmiz əleyhinə kampaniya aparanların yadına belə düşmədi. Biabırçı qüsurlarla müşahidə olunan UEFA Çempionlar Liqasının final oyunu Qərbin həmişə olduğu kimi, ikili standart…