Yayınlar

Mayıs 3, 2019 tarihine ait yayınlar gösteriliyor
Resim
İnsanovun açıqlamaları cəmiyyətdə qazandığı nifrəti dağıtmaq gücünə malik deyil…
Keçmiş səhiyyə naziri Əli İnsanov həbsdən çıxdıqdan sonra məqsədli şəkildə qeybə çəkilmişdi. Yəni bununla düşünülmüş formada belə bir rəy yaratmışdı ki, guya ortaya sensasiyalı bəyanatlarla, fərqli düşüncə tərzi ilə çıxacaq. Müəyyən fasilədən sonra “Amerikanın Səsi”nə verdiyi müsahibə, onun heç bir fərqli imkanlara sahib olmamasını bir daha sübut edir. Verdiyi açıqlamalarla hətta o sübut olunur ki, vəzifədə olarkən cəmiyyət tərəfindən qazandığı nifrəti dağıtmaq gücünə malik deyil…


Müsahibədəki məqamlara diqqət etməklə, Əli İnsanovun belə gurultulu görünən bəyanatlarla hara qədər gedə biləcəyini anlamaq mümkündür.
Əvvala, başlayaq ondan ki, Əli İnsanov təşkilat yaratmaq istəyir. Təşkilat yaratmaq hamının haqqı olduğu kimi onun da haqqıdır. Amma əgər belə bir fəaliyyətlə insan dəstəyi qazanmaq, yaxud, qeyri-hökumət təşkilatı, istərsə də siyasi xarakterli qurum kimi xaricdən maliyyə və siyasi dəstəyə ümid edir…