Yayınlar

Mart 25, 2019 tarihine ait yayınlar gösteriliyor
Resim
Siyasi “meyit” statusunda olan birisinin dirçəlmək cəhdləri
Günlərdir ki, Novruz bayramı ərəfəsində verilən əfv sərəncamını gözdən salmaq kampaniyası gedir. Gah bu sərəncamın yarımçıq olduğu, gah bu addımın 19 yanvar mitinqinin nəticəsi kimi ortaya çıxdığı, gah da beynəlxalq təzyiqlərin sayəsində verilməsi kimi yanlış mülahizələrlə ictimai rəyi aldatmağa göstərilən cəhdlər indi də Rəsul Quliyevin simasında davam edir.


Həmişəki kimi uzaqlarda oturub özünü “cəsur ” aparan, hakimiyyəti hədəf seçən eks-spiker əfv mövzusu üzərindən öz siyasi varlığını gündəmə gətirməyə başlayıb. Rəsul Quliyev hökümətin bu addımının görüntü xatirinə atıldığını, sərəncamın beynəlxalq aləm tərəfindən alqışlanmasının müvəqqəti xarakter daşıdığını və ölkədəki rejimin demokratik olmadığını, insan azadlıqlarının təminində böyük qüsurlar qaldığını iddia edib.
Əslində çox gözəl anlaşılır ki, hər bir tənqidi fikrin arxasında belə adamların öz şəxsi maraqları gizlənir- beynəlxalq təşkilatların diqqətini öz üzərinə çək…