Yayınlar

Mart 11, 2019 tarihine ait yayınlar gösteriliyor
Resim
İlham Əliyevə verilən məktublar...
Xalqla açıq təmaslardan yaranan güclü cazibə kimləri narahat edir?
Hansı tərəfdən baxırsan-bax, Azərbaycan prezidenti İlham Əliyevin Ağsu və Şamaxı rayonlarına səfərləri zamanı xalqla açıq təmasları təqdir olunmalıdır. Bu, İlham Əliyevin prezidentliyi dövründə ilk dəfədir ki, baş vermir. Əvvəllər də bu tipli təmasların şahidi olmuşuq.
Amma son görüşlər fərqli bir formada baş tutur. Yəni, prezident, belə demək mümkünsə ssenariləşdirilməmiş görüşlərə ehtiyac duyur və hər hansı protokol qaydasında çərçivə müəyyənləşən görüşlərdən imtina edərək, sanki harda olmaq, necə olmaq, insanlarla sərbəst təmasa necə girmək lazımdırsa, bunu müstəqil şəkildə birbaşa özü edir.

İctimai rəyin xoşuna gələn də elə bu təbiilikdir. Açıq-aydın görünür ki, cəmiyyət bunu istəyir. Baxmayaraq ki, opponent olanlar həmişə xoş mənzərini gözdən salmaq üçün dəridən-qabıqdan çıxmağa meyllənir və bu dəfə də fərqli bir yanaşma yoxdur; əksinə rayon görüşlərinin hər məqamı mənfi cəhətdən tə…