Yayınlar

Ocak 28, 2019 tarihine ait yayınlar gösteriliyor
Resim
Prezident narazı salınmış şəhid ailələrinə sahib çıxdı
Həqiqətən ağır mənzərə idi: haqlı və haqsız görünməsindən asılı olmayaraq şəhid ailəsinin hansısa dövlət qurumunun qarşısında boynubükük durmasını izləmək! Bunun məmur yaramazlığından, səhlənkarlığından və ya hansısa qanunla əsaslandırılmasından doğması ikinci məsələydi. Fakt o idi, İlham Əliyevin ötən il yenidən prezident vəzifəsinə seçildikdən sonra imzaladığı mühüm sosial müdafiə əhəmiyyəti daşıyan ilk Fərmanı gözdən salınırdı. İndiyə qədər birdəfəlik müavinət ala bilməyən şəhid ailələrinə ödəmənin verilməsini ehtiva edən sənədin əhəmiyyəti azaldılırdı...
Söhbət ondan gedirdi ki, bir qrup şəhid ailəsi vaxtilə müavinəti almadığını iddia edirdi, müvafiq dövlət qurumları isə əksini söyləyirdi. Və ya vaxtı ilə həmin müavinəti alanlar həmin vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini bildirirdilər. Beləliklə, qarışıq bir vəziyyət yaranmışdı. Nəhayət ki, prezident bu məsələyə müdaxilə etdi və problem aradan qalxdı.

İlha…
Resim
Avropa Parlamentinin yerə düşən demokratiya maskası
Son günlər Ermənistanda yaşanan proseslər Avropa Parlamenti (AP) kimi qurumların demokratiya maskalarının növbəti dəfə yerə düşməsi üçün yetərli hadisədir. Azərbaycanın beynəlxalq imicinə davamlı ciddi zərbələr vurmaq üçün bütün imkanlarını səfərbər edən Qərb instututları işğalçı dövlətdə yaşananları yenə də görmürlər.


Gəlin baxaq, Ermənistanda nə baş verir?
Yerevanın Nubaraşrn təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və "Erməni qartalları:Vahid Ermənistan" Partiyasının sədr müavini Mqer Yeqiazaryan 52 günlük açlıq aksiyasından sonra vəfat edib. Xatırladaq ki, bu şəxs siyasi fəaliyyətimə görə qondarma ittihamlarla həbs edilmişdi və buna etiraz olaraq keçən il dekabrın 5-də aclıq aksiyasına başlamışdı.
Azərbaycanda nə baş vermişdi?
Mehman Hüseynov guya açlıq elan etmişdi. Guya bu şəxsə qarşı yenidən ittiham irəli sürmüşdü. Hansı ki, bunların heç biri tam təsdiqin tapmadı və M.Hüseynova qarşı da heç bir yeni ittiham…