Yayınlar

Ocak 19, 2019 tarihine ait yayınlar gösteriliyor
Resim
Uğursuzluq səhnəsi

Sosial bazasını itirə-itirə gələn, ictimai rəyin gözündən düşən müxalifətin kütləvi etirazlar təşkil etmək potensialını itirdiyi yeni mövzu deyil. Buna rəğmən Milli Şuraya daxil olan partiya və birliklərin Musavat və REAL partiyalarının dəstəyi ilə keçirdiyi 19 yanvar mitinqi ətrafında sosial şəbəkələrdə çox ciddi ajiotaj yaradılmaqdaydı. Amma nəticə həmişəki kimi oldu.


Belə ki, növbəti mitinq yenidən cəmiyyətə müxalifətin durumi barədə ən obyektiv arayışı təqdim etdi. Aydın oldu ki, vəziyyət sosial şəbəkə pələnglərinə çevrilmiş müxalifət liderlərinin öz feysbuk və onların tərəfdarlarının idarə etdikləri virtual məkanda təsvir etdikləri kimi deyil. Sosial baza artmayıb və iddia edildiyi kimi sosialtəbəqələr hakimiyyətin əleyhidarına çevrilməyib. 19 yanvar mitinqi də müxalifətin sosial bazasının hansı səviyyədə olmasını hamıya sərgiləməkdən o yana keçə bilmədi. Gəlin baxaq, bu gün Milli Şura öz tələblərinin hakimiyyət tərəfindən qəbul edilməsi üçün yetərli gücə malikdi…