Yayınlar

Eylül, 2019 tarihine ait yayınlar gösteriliyor
Resim
“Əli Kərimli bir siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır...”
AXCP-nin NTK sədri partiyada qalaraq Kərimlini ifşa etmək xətti seçdi

Müxalifətin hər hansı partiyasının ictimai nüfuzu artıq əski vaxtlardakı kimi olmadığından, bu düşərgədə baş verənlər o qədər də maraqlı görünmür. Başqa tərəfdən isə özünü müxalif spektrin əsas təmsilçisi kimi qələmə verən AXCP içərisində kök atan problemlər ictimai ilgini çəkməyə bilmir. 
İllərdir cəmiyyət Kərimlinin məhz öz partiya yoldaşları tərəfindən hansı xislətin sahibi olması barədə verdikləri bəyanatlarının şahididir. Belə bəyanatla çıxış edənlərin hamısı AXCP-ni tərk ediblər və belə bir şəxslə eyni partiyada qalmaq istəməyiblər. 
Amma bu dəfə bir qədər fərqli mənzərə yaranıb. AXCP-nin Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev sosial şəbəkə vasitəsilə partiya üzvlərinə müraciət edib. O, partiyada qalaraq Kərimliyə qarşı mübarizə aparacığını bəyan edib.

A.Əliyev müraciətində 1988-ci ilədən etibarən “Xalq hərəkatının” fəal…
Resim
Azərbaycana verilən beynəlxalq dəyər
“Doing Business 2020”- ölkəmizdəki davamlı islahatlara kənar və tam tərəfsiz baxış 

Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil olub. Hesabata istinad etsək, ölkəmiz 4 sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb;


-əmlakın qeydiyyatı; -kreditlərin alınması; -minoritar investorların hüquqlarının qorunması; -müqavilələrin icrasının təmin edilməsi.

Hesabata əsasən, paytaxtın Bakının kadastr xəritəsinin tərtib olunması və hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üç…
Sezon müxalifətinin mitinq zarafatı...
Və ya Kərimlinin Lökbatan qorxusu
Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin ruporu olan Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. Mitinqin sentyabrın 28-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsində, Neftçi İdman Klubunun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.
Amma...
AXCP sədri qeyd olunan yerdə mitinq keçirməkdən imtina etdiklərini bildirib.
Gözlənilən idimi? Bəli!
Əvvəcədən də qeyd etmişdik ki, Milli Şuranın sentyabrın 28-nə təyin olunan aksiyasına məhz iddia olunan ərazilərdə baş tutmasına hakimiyyətin razılıq verəcəyi inanandırıcı görünmür və başqa bir ərazi təklif olunacaq. Çünki Milli Şura tərəfindən bilərəkdən mitinqin keçirilməsi üçün elə yerlər (28 May metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan) təklif olunmuşdu ki, həmin məkanlarda mitinqlərə razılıq verilməsi sadəcə mümkünsüz idi. Bir daha vurğulamaq yerinə düşər ki,…
Resim
Yalan, böhtan, hər cür qarayaxma üçün ən ideal məkan
Kərimli trol şəbəkəsi vasitəsilə istədiyi adamı hədəfə götürmək, barəsində dezinformasiyalar yaymaq baxımından “cənnətə” düşüb

Son günlər baş verən siyasi proseslər belə bir suala tam aydınlıq gətirib: Azərbaycan siyasətinə trol şəbəkəsini AXCP sədrı Əli Kərimli gətirib.


AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səsyazısı, Milli Şura üzvü Gültəkin Hacıbəylinin Türkel Oğuz adı ilə trolluq etməsi və başqa bu kimi faktlar əsl reallığı üzə çıxardı.Sübut olundu ki, Kərimlinin və ətrafının, illərdir manipulyasiya etdiyi və hakimiyyətə qarşı yönəltdiyi ittihamların əsl mahiyyəti özlərini belə əməllərdən qorumaq olub.
Tam əminliklə demək olar ki, Kərimli nəinki trol şəbəkəsinə rəhbərlik edir, özü də elə Gültəkin Hacıbəyli kimi gizli adlarla bu işlə məşğuldur. Zatən adamın görəcəyi başqa iş də yoxdur. Bütün müstəvilərdə uduzub. İndi güc verib sərbəstliyin sərhəddinin itdiyi sosial şəb…
Resim
Kərimlinin əsl siması...
AXCP sədri Əli Kərimlinin siyasi dünyagörüşü hələ mükəmməl formalaşmayan, başqa sözlə, ağı-qaradan seçməyi bacarmayan gənclərdən öz siyasi məqsədləri üçün istifadə etməsi yeni xəbər deyil. Onun keçmişi belə faktlarla kifayət qədər zəngindir. Vaxtilə AXCP-nin daxilində intriqa toxumu səpmək üçün yaratdığı “Yurd” təşkilatına cəlb etdiyi gənclər indi hardadır? Kərimli onların hamısının üstündən xətt çəkib.
Eyni yanaşmanı o, vaxtilə bir cərgədə durduğu silahdaşlarına qarşı da sərgiləyib. Partiya daxilində birinci olmaq ehtirası, alternativ fikrə dözümsüzlük, özünə rəqib gözündə gördüyü dostlarına qarşı qısqanclıq ona gətirib çıxardı ki, Kərimlinin ətrafında nə dost dediyi adamlardan, nə də “Yurd”a cəlb etdiyi gənclərdən kimsə qalmadı.
Bütün bunlar cəmiyyətə ancaq bir məsələni aydın şəkildə göstərir ki, Əli Kərimli insanlardan necə çirkin şəkildə istifadə edir və onların fəqrli baxışlarını, problemlərini bölüşməmək üçün özündən necə nankorcasına kənarlaşdırır...
Son …
Sosial şəbəkə pələnginin növbəti cəfəngiyyatı...
Partiyasında diktatura yaradan Kərimli başqasını hansı haqla avtoritarlıqda ittiham edə bilər?
Danılmaz reallıq ondan ibarətdir ki, Əli Kərimlinin sədrlik etdiyi AXCP-nin müxalifətdə olan digər zəif, bir ovuc adamdan ibarət partiyalardan heç bir fərqi yoxdu. İllərdir seçkilərdəki davamlı uğursuzluqlar, şəffaf olmayan fəaliyyət AXCP-ni 4 yerə parçalayan, gücsüz, dağınıq, sosial bazası yoxa çıxmış bir təşkilata döndərib. Bu gün Əli Kərimlinin yeganə fərqi digər müxalifət partiyalarının sədrlərini blogger kimi kölgədə qoymasıdır ki, insafən bunu pis bacarmır. Adam sosial şəbəkə pələngidir, bütün günü yazır, pozur, saxta profillərdən gələn like-lardan feyziyab olub, özünü bir anlıq hakimiyyətdə hiss edir... Səhər ayılır, bir müddət depressiyaya düşür və yenidən eyni fəaliyyət; komputer, sosial şəbəkə...
Və bir müddətdir o düşüncəyə də düşüb ki, guya hakimiyyət bütün resurslarını ona qarşı yönəldib.
Əli Kərimli ötən gün internet tv-lərin birin…
Resim
“Əsrin müqaviləsi” Azərbaycana nə verib?
Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidməti
20 sentyabr 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalanıb. Buna adi bir tarix kimi baxmaq mümkün deyil. Bu müqavilə Azərbaycana çox uğurlar vəd edirdi və qazandırdı da.

“Əsrin müqaviləsi”nə qədər Azərbaycan çox ciddi siyasi gərginlik yaşayırdı. Ölkə qorxulu bir fəlakətin astanasına gətirilmişdi. AXC-Müsavat hakimiyyəti zəif, intriqalarla dolu bir hakimiyyət idi və belə bir hakimiyyətlə neft kontraktlarını imzalamaq xarici neft şirkətləri üçün böyük riskə çevrilmişdi. Başqa tərəfdən, neft kontraktlarının imzalanmaması üçün Azərbaycanı sevməyən, bu ölkənin sərvətini təkbaşına qamarlamaq istəyən xarici dairələr də hərəkətə keçmişdi. Heydər Əliyev məhz belə mürəkkəb siyasi şəraitdə siyasi hakimiyyətə gəldi; Azərbaycanı qorxulu olaylardan qurtarandan sonra, başqa sözlə desək, müstəqil dövlətin laxlamış b…