Yayınlar

Resim
Prezidentin gəncliyə xitabı

Azərbaycanın ənənəvi müxalifətinin mövcud durumunun ölkə rəhbəri səviyyəsində dilə gətirilməsi yeni hadisə deyil. Bundan əvvəl də prezident İlham Əliyev AXC-Müsavat hakimiyyətinin 1 il ərzində ölkəni saldığı bərbad durum haqqında həqiqətləri yada salıb. Dövlət başçısı ona siyasi rəqib olmağa can atanların əsl mahiyyətlərini, hakimiyyətə gəlmək üçün hansı xəyanətkar əməllərə yol verdiklərini cəmiyyətə dönə-dönə xatırladıb. Son bir neçə çıxışında prezidentin yenidən müxalifətin fəaliyyətinə toxunması isə səbəbsiz deyil.


AXC-Müsavat hakimiyyətinin zamanından 26 il ötüb. Bu zaman kəsiyində yeni nəsil formalaşıb. Gənc nəsil bilmir ki, indi gecə-gündüz sosial mediada hakimiyyətə hər cür böhtan yaxanlar iqtidarda olanda Azərbaycan hansı xaosu yaşayıb. Ola bilsin, bunu hardasa oxuyub, eşidiblər, amma o prosesləri görməyiblər, öz həyatlarında hiss etməyiblər. İndi 26 yaşlı gəncə həmin dövrdə adi çörək almaq üçün saatlarla növbəyə durduğunu deyəndə, inanmağı gəlmir. Öl…
Resim
İlham Əliyev fenomeni

Və siyasətdə təsadüfi adamlar yığını...
İlham Əliyevin 2018-ci il növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra hansı islahatlar aparacağı maraq doğurmaya bilməzdi. Necə ki, 2003-cü ildə prezident postuna seçiləndə onun siyasət ustası, sözün bütün mənalarında qüdrətli dövlət xadimi Heydər Əliyevdən sonra nə edəcəyi suallar doğururdu.

Hakimiyyətdə boşluqların yaranacağı, Azərbaycanın yenidən siyasi çəkişmələrlə üzləşəcəyi, inkişafın axsayacağı proqnozlarını alt-üst edən İlham Əliyev təkcə əsl siyasi varis olduğunu sübut etmədi, ölkəni daha da inkişaf etdirdi, onun nüfuzunu artırdı, sabitliyi möhkəmləndirdi. Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi etməyə, mühüm qurumlara sədrlik etməyə başladı.
Həyata keçirdiyi işlər nəticəsində İlham Əliyevin nüfuzu daha da artdı və bunun fonunda onun siyasi rəqibləri daha da gücsüzləşdi, varlıqları getdikcə hiss olunmadı.
Cəmiyyət İlham Əliyevin prezidentlik fəaliyyətindən tam razı qalırdı, bununla yanaşı, daim …
Resim
YAP-ı alternativsiz qüvvə kimi saxlayan tək səbəb
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 27 il ötür. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranan partiya hazırda 750 mindən çox insanı birləşdirir və onların 40 faizi gənclərdir.
Təsis olunmasındam cəmi 7 ay sonra, 1993-cü ilin iyununda xalqın tələbi ilə YAP-ın sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıdıb.
YAP-ın tarixi
Ø16 oktyabr 1992-ci il - YAP-ı yaratmaq məqsədilə Azərbaycan ziyalıları Heydər Əliyevə müraciət edib;
Ø21 noyabr 1992-ci il -YAP-ın təsis konfransı keçirilib və Heydər Əliyev partiyanın sədri seçilib;
Ø18 dekabr 1992-ci il -YAP Ədliyyə Nazirliyində qeydiyyatdan keçib;
Ø9 iyun 1993-cü il - YAP-ın sədri Heydər Əliyev Naxçıvandan Bakıya gəlib:
Ø15 iyun 1993-cü il - YAP-ın sədri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib;
Ø1993-cü i…
Resim
Bakıdan dünyaya səslənən mesajlar
Bakı növbəti dəfə mühüm bir tədbirə - Dünya dini liderlərinin II Sammitinə ev sahibliyi etdi. Dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərlərinin bu tədbirə qatılması heç də sadə məsələ deyil.


O baxımdan ki, hazırda dünyada vəhabilik, sələfilik, cəfərilik, nurçuluq daha hansı məzhəbçilik adı altında tüğyan edən təhlükəli “epidemiya”ların hökm sürdüyü bir vaxtda dini təbliğatın doğru istiqamətdə aparılması, dünyanın fərqli din daşıyıcıları olan liderlərini bir araya gətirmək hər ölkəyə nəsib olmur.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda 70 il sərt sovet quruluşu mövcud olub. Bu sistemin cəmiyyətə sırıdığı elmi ateizm təliminin özü də imperiyanın divarları çat aldığı gündən ciddi fiaskoya uğradı. Bunun yerinə panteist fikirlərin təbliğı, eyni zam…
Resim
Prezident nə istəyir?

Fərqli format, çatışmazlıqların açıq şəkildə ifadəsi və ictimai nəzarət

Vətənpərvərlik;Dürüstlük;Şəffaflıq;Vətəndaşlara xidmət; Dövlətçilik prinsiplərini əsas tutmaq;İnvestorları cəlb etmək, rayonların sosial-iqtisadi inkişafını təmin etmək.Ümumiləşdirsək, Prezident İlham Əliyevin yeni təyin olunan icra hakimiyyəti başçılarını, nazirləri qəbul edərkən onların qarşısına qoyduğu vəzifələr, əsasən bunlardan ibarətdir. Bu tələblər bilavasitə ölkə rəhbərinin siyasi iradəsinin ifadəsi olmaqla ictimai rəyi də özündə əks etdirir.



İlk növbədə, o diqqətdən yayına bilməz ki, prezident bundan əvvəl hər hansı şəxsə vəzifə verərkən, onu qəbul edərkən, konkret tapşırıqlar verərkən, bu prosedur, bu etimadın bütün detalları arxa planda dayanırdı. Yəni, cəmiyyət bu səhnəni görmürdü. Tutalım, hansısa rayonun icra başçısının dəyişdirilməsi qərarı verilib, bunun kökündə nə dayanır, prezident nə istəyirdi, görə bilmədi və s. kimi incəliklər qaranlıq qalırdı.
Son vaxtlar isə cəmiyyət tamam…
Resim
İnsanov genetik xəstə saydığı müxalifəti “müalicə” edə biləcəkmi?
Və ya utanmasan oynamağa nə var ki...

Müxalifətin indiyə qədər qurduğu əməkdaşlıq mərkəzləri (SİDSUH, Demkonqres, İctimai Palata, Ziyalılar Forumu və s.) sonradan gərginlik mənbəyinə çevrilib və münasibətlərin daha da pisləşməsinə gətirib çıxarıb. Sonuncu belə birlik Milli Şuradır ki, taleyi hamımıza məlumdur. De-şifrə olunmaqla reytinqini itirmiş, hədəflərinə çatmamış, təkcə siyasətçiyə deyil, ziyalı sözünə, nüfuzuna zərbə vurmuş bu qurum ömrünü gərəksiz yerə uzatmaqla mənasız bir təşkilata dönüb. Rüstəm İbrahimbəyovun başqa bir ölkənin dirijorluğu ilə yaratdığı Milli Şura indi yalnızca Əli Kərimlinin AXCP-sindən və onun ətrafında olan bir neçə nəfərdən ibarətdir. Uğursuzluq, məğlubiyyət acısı Milli Şuraya da eyni taleni yaşadıb- ağır ittihamlar, kəskin ziddiyyətlər, şəxsi ədavətin yenidən baş qaldırması, müttəfiqlik əlaqələrinin qırılması və.s.


Amma müxalifətin birlik çabaları yenidən baş qaldırıb. Bu dəfə Müsavat Partiy…
Resim
Dekabr seçkilərinə kim, necə həvəs göstərir?

Gələn ay keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün MSK-ya müraciət edən siyasi partiyaların sayı artlq 10-a çatıb. Bunlar Yeni Azərbaycan, Azərbaycan Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Azərbaycan Demokrat Maarifçilik, Azərbaycan Sosial Demokrat, Ümid və Ana Vətən partiyalarıdır. Yaxın günlərdə bu sıraya yeni partiyaların qoşulacağı da istisna deyil. Amma o dəqiqdir ki, bu cərgədə yenə də müxalifətin radikal qanadı kimi tanınan Əli Kərimlinin AXCP-si və idarə etdiyi Milli Şuradakı siyasi birliklər, Müsavat Partiyası olmayacaq.

Ümumiləşdirdikdə, seçkidə iştirakdan imtinaya əsas kimi bir neçə səbəb irəli sürülür. Bunların sırasında əsasən, cəmiyyətin bələdiyyə seçkilərinə maraq göstərməməsi, seçki mühiti önə çəkilir.
Bunlar nə dərəcədə əsaslıdir və doğurdanmı bələdiyyə seçkiləri siyasi baxımdan əhəmiyyət daşımır?
Əslində seçkilərdə iştirakla bağlı mövcud vəziy…